Menu

Türkiyə və Aİ arasında viza rejiminin ləğvi ilə bağlı danışıqlar iyunun 2-də başlayacaq

01.06.2016, 18:17

avropa ittifaqi 28Aİ ekspertləri Ankaraya səfər edəcəklər

Türkiyənin və Avropa İttifaqının (Aİ) texniki qrupları viza rejiminin ləğvi ilə bağlı müzakirələrə iyun 2-də başlayacaqlar.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Aİ işləri üzrə naziri Ömər Çelik Brüsseldə keçirilən mətbuat konfransında məlumat verib.

O, bir daha deyib ki, müzakirə olunacaq məsələlər siyahısına mütləq qaydada miqrantların qaytarılması və yerləşdirilməsi, eləcə də Türkiyə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi daxildir.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans Aİ ilə Türkiyənin rəsmi Ankaraya vizasız rejimin tətbiq edilməsi şərtləri ilə bağlı konstruktiv danışıqlar keçirdiyini bildirib. O, son maneələrin aradan qaldırılması üzrə işlər aparmaq məqsədilə Aİ ekspertlərinin Ankaraya səfər edəcəyini də söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol