Menu

3 uşaq anası olan 22 yaşlı qadın intihar etdi

01.06.2016, 19:02
3 uşaq anası olan 22 yaşlı qadın intihar etdi

Ağdamda intihar hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Üçoğlan ərazi nümayəndəliyinin Alıbəyli kəndində qeydə alınıb. Həmin kənddə yaşayan 1994-cü il təvəllüdlü Axundova İlahə Maşallah qızı həyətlərində olan yardımçı tikilidə özünü asaraq intihar edib.

Ailəli olan İlahə Axundovanın iki qızı, bir oğlunun olduğu bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları intiharın səbəbini araşdırırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol