Menu

"Türkiyənin Rusiya qazından asılılığına son qoyulacaq" - Natiq Əliyev

02.06.2016, 10:49
"Türkiyənin Rusiya qazından asılılığına son qoyulacaq" - Natiq Əliyev

"TAP üzrə hazırlıq işlərinin 10%-i yekunlaşıb".

"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil & Gas") konfransında çıxışı zamanı energetika naziri Natiq Əliyev bildirib.

Nazirin sözlərinə görə, TAP-dan Avropaya ixrac edilən qazdan Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina da yararlanacaq: "Artıq TAP konsorsiumu Monteneqro, Xorvatiya, həmçinin Bosniya və Herseqovinaya interkonnektorun çəkilməsini təklif edib. TAP qazı Bolqarıstanın 40% qazını təmin etməyə qadirdir".

TANAP barədə danışan N. Əliyev qeyd edib ki, adıçəkilən layihə Türkiyənin Rusiya qazından asılılığına son qoymağa kömək edəcək. "Bu günə qədər Türkiyənin Rusiya qazından asılılığı 58% təşkil edir. Digər tərəfdən TANAP-la nəql olunan qaz Rusiya qazından daha ucuz başa gələcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol