Menu

Nəcməddin Sadıkov cəbhə bölgəsini yoxlayır

01.04.2014, 10:57
Nəcməddin Sadıkov cəbhə bölgəsini yoxlayır

Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi cəbhə bölgəsində səfərdədir.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol