"Azərenerji" ASC-nin aprel-may aylarında SOCAR-a olan borcu tam ödənilib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
Onun sözlərinə görə, ASC-nin SOCAR-a borcu ilə bağlı vəziyyət düzəlmək istiqamətindədir: "2016-cı ildən ödəniş mexanizmində Nazirlər Kabinetinin qərarı ilə xüsusi mərhələ açılıb. Daxil olan ödəmələrin 50%-i xam məhsulun, yəni təbii qazın dəyərinin ödənilməsinə yönəldilib. Keçən ay və bu ay əldə olunan məhsulların həcminin qismən aşağı düşdüyünü nəzərə alaraq demək olar ki, 100% ödəniş həyata keçirilib".
O qeyd edib ki, I rübdə təxminən 34 mln.manata qədər borc qalıb."Aprel-may aylarında isə ASC-nın yığımı aldığı məhsulun haqqını tam ödəməyə imkan verib.Hazırda 314 mln, manat ötən ildən qalan, 34 mln.manat isə bu ilin I rübündə olan borcla birlikdə "Azərenerji"nin SOCAR-a borcu 350 mln. manata çatıb.

Şərhlər