Menu

Salyan sakini evində bədbəxt hadisə nəticəsində xəsarət alıb

02.06.2016, 14:33

1378980236_bicaq_022222Faktla bağlı araşdırma aparılır

Salyanda bədbəxt hadisə baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.

Kənd sakini, 34 yaşlı Ruhid Ramiz oğlu Ağayev qarın nahiyəsinin kəsilib-deşilmiş yaraları və sağ qolunun xəsarəti ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

Yaxınlarının verdiyi məlumata görə, Ruhid Ağayev evdə pəncərə şüşəsi salarkən belə bir hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol