Layihənin səsverməsini Türkiyə rəsmiləri çox etirazla qərşılayır.
Almaniya parlamenti qondarma "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul edib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu gün parlamentdə bununla bağlı səsvermə keçirilib və qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan layihə qəbul olunub.
Qətnaməni parlamentdə deputatları çoxluq təşkil edən qrup - kansler Angela Merkelin Siyasi Partiyalar İttifaqı və Almaniyanın Sosial Demokrat Partiyası, eləcə də "Yaşıllar" Partiyası təqdim edib.
Qətnamədə həmçinin Almaniya hökumətinin tarixi hadisələrə görə məsuliyyətini tanıması, eləcə də 1915-ci il hadisələrini "soyqırım" kimi tanıması əks olunub.
"Ərdoğanın sözlərinə boyun əyməyin"
Həmçinin Türkiyə prezidenti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə “soyqırım”la bağlı zəng edib.
Türkiyənin bu hadisə ilə bağlı həssaslığına diqqət çəkən Ərdoğan "Almaniyadan məsələyə ağıllı yanaşma gözləyirik" - deyə Merkelə xəbərdarlıq edib.
Merkel "məsələ ilə bağlı əlmizdən gələni edəcəyik" - deyə prezidentə bildirib. Qanun layihəsinə Ermənistan prezidenti Serj Sarkisyanda münasibət bildirib.
O, deyib ki, Almaniya Bundestaqı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Ankara-Berlin əlaqələrinə zərər gələr" sözlərinə əhəmiyyət verməyərək 1915-ci ildə baş verən erməni "soyqırımı”nın tanınması ilə bağlı qanunu qəbul etməlidir.
“Bir çox deputatlar səsvermə zamanı bitərəf qalmağı düşünürlər. Onlar Ərdoğanın münasibətindən qorxurlar. Mən əminəm ki, Almaniya Bundestaqı vəziyyəti yaxşı qiymətləndirir. Amma qanunun qəbul olunmaması Almaniya, Avropa və dünya üçün mənfi addımdır".
Amma Sarkisyanın sözlərinə baxmayaraq Almaniya kansleri Angelə Merkel və digər yüksək çinli məmurlar layihənin müzakirəsində iştirak etməyib.


Şərhlər