Almanlar oyunçunun transferindən 21 milyon funt-sterlin qazanıb
"AzPolitika" xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubu, Almaniyanın "Borussiya Dortmund" klubunun şərəfini qoruyan Türk əsilli Alman oyunçu İlkay Gündoğanı heyətinə qatıb. "Mançester Siti" klubu bu oyunçu üçün 21 milyon funt-sterlin ödəyib. Zədəsi səbəbilə AVRO-2016-da iştirak etməyəcək oyunçu, yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
Xatırladaq ki, İlkay Gündoğan klubun yeni baş məşqçisi Pep Quardiolanın istəyi ilə transfer olunub.


Şərhlər