Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, qurumun Bank fəaliyyətinə nəzarət Departamentinin daxilində Bank olmayan kredit təşkilatlarına nəzarət İdarəsi yaradılıb. Bu idarənin rəisi vəzifəsinə isə Xəyyam İsmayılov təyin olunub.
Qeyd edək ki, X.İsmayılov bundan əvvəl Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentində böyük mütəxəssis kimi çalışıb.


Şərhlər