Oğuzda bədbaxt hadisə - 1 nəfər yaralandı
Hadisə iyunun 2-si Qaraməryəm-İsmayılı-Şəki magistral avtomobil yolunun Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsində baş verib.
Kanal S (Region TV) xəbər verir ki, hadisə zamanı Oğuz rayonu Xaçmaz kənd sakini, 1982-ci il təvəllüdlü Ağakişiyev Azad Tərlan oğlu idarə etdiyi “İJ” markalı, motosikletdən yıxılıb.
Azad Ağakişiyev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. RMX-dan verilən məlumata görə, xəsarət alan şəxs gecə saatlarında xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Şərhlər