Menu

FİFA futbolda 4-cü əvəzetmənin tətbiq olunmasını təsdiqlədi

04.06.2016, 10:14
FİFA futbolda 4-cü əvəzetmənin tətbiq olunmasını təsdiqlədi

Amerika Kubokunun təşkilatçıları final oyunu üçün yeni qaydalar tərtib edib. "Report"un məlumatına görə, qaydalar 2016/2017 mövsümü üçün nəzərdə tutulsa da, final oyununda sınaqdan keçiriləcək.

Yeni qaydalara əsasən, komandalar 4-cü futbolçu əvəzetməsini edə biləcəklər. Üstəlik, oyunun əsas vaxtı heç-heçə bitərsə, komandalar əlavə vaxtda qalibi müəyyənləşdirməyə çalışacaqlar. Ən əsas məqam isə hakimlərlər bağlıdır. Referilər futbolçular tərəfindən təhqir edilərsə, birbaşa penalti təyin etmək hüququna malik olacaqlar.

Artıq FİFA yeni mövsüm üçün 4-cü əvəzetmə və əlavə vaxt olmasını təsdiqləyib. Reqlamentə əsasən, 1/4 və yarımfinal mərhələlərində oyun bərabərə bitərsə, komandalar birbaşa penalti zərbələrinə keçid alır. Üstəlik, 1/4 finalda çıxış edəcək komandada futbolçuların bu mərhələyədək aldığı sarı vərəqələr də ləğv olunacaq.

Qeyd edək ki, Amerika Kubokunda 16 ölkə 4 qrupda mübarizə aparır. Final oyunu iyunun 26-da keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol