Menu

Suriya ordusu İŞİD-in "paytaxt"ı Rakkanı ələ keçirmək üçün əməliyyata başlayıb

04.06.2016, 15:28

Ozgur_Suriya_Ordusu_020812Suriya ordusu bu ərazilərdə Rusiya aviasiyasının dəstəyi ilə irəliləyib

Suriyanın hökumət qüvvələri şənbə günü İŞİD terror qruplaşmasının özünə "paytaxt" seçdiyi Rakka şəhərinin yerləşdiyi eyniadlı əyalətin sərhədlərini keçərək oraya daxil olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Suriya ordusu bu ərazilərdə Rusiya aviasiyasının dəstəyi ilə irəliləyib.

Hərbi mənbədən "Sputnik" agentliyinə verilən məlumata görə, hərbi əməliyyatlar zamanı suriyalı hərbçilər starteji baxımdan əhəmiyyətli olan Əbu əl-İlyac kəndinə nəzarəti ələ keçirib və Rakkanın şərq kənarında yerləşən əl-Tabka şəhərinə doğru irəliləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol