Menu

İbrahimoviç "Mançester Yunayted"lə anlaşdı

04.06.2016, 16:06

Player-Profile-Zlatan-IbrahimovicFutbolçu həftəyə 474 min manat alacaq.

İsveç yığmasının ulduz hücumçusu Zlatan İbrahimoviç İngiltərənin "Mançester Yunayted" klubuna keçəcək. ANS PRESS-in məlumatına görə, futbolçunun meneceri Mino Rayola “qırmızı şeytanlar” ilə transfer barədə razılıqa əldə edib. Bu barədə "The Guardian" məlumat yayıb.

Məlumata görə, İbra yeni klubunda həftəyə 220 min funt (474 min AZN) istəyib. “Mançester Yunayted” futbolçunun şərti ilə razılaşıb.

İbrahimoviç ilə müqavilənin iyunun 13-dək imzalanması nəzərdə tutulub. Həmin gün İsveç yığması Avropa çempionatında İrlandiya komandası ilə ilk oyununu keçirəcək.

İsveçli futbolçu bundan öncə cari mövsümün sonunda Fransanın PSJ klubunu tərk edəcəyini demişdi.

İbrahimoviçin ən yaxşı 10 qolu

Zlatan İbrahimoviç 2012-ci ildə PSJ klubuna "Milan"dan tranfer olunub. O, Fransada 12 kubok qazanıb. 2013-cü ildə "ilin ən yaxşı qolu" mükagatına sahib olub. İsveç yığmasında ən çox qol vuran futbolçudur. Bir müddət əvvəl portuqaliyalı mütəxəssis Joze Mourinyo "Mançester Yunayted" klubunun baş məşqçisi olub. O, Lui Van Qalı əvəz edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol