Menu

“Rusiyaya zərbəni Səudiyyə Ərəbistanı vura bilər” - Analiz

01.04.2014, 18:32
“Rusiyaya zərbəni Səudiyyə Ərəbistanı vura bilər” - Analiz

Böyük Britaniyanın “The Guardian”qəzeti “Əgər Qərb Putinə zərbə vurmaq istəyirsə, bütün bu “qara işləri” Səudiyyə Ərəbistanı vasitəsilə yerinə yetirə bilər” sərlövhəli məqalə dərc edib.

Məqalədə bildirilir ki, Qərb Səudiyyə Ərəbistanını neftin qiymətini aşağı salmağa razı sala bilərsə, bu Rusiyaya böyük iqtisadi zərbə olar: “Rusiya sanksiyalardan qorunmayıb. Ölkənin iqtisadi zəifliyi Sovet İttifaqının dağılmasına və oliqarxların varlanmasına səbəb oldu. O dövrdən bu tərəfə dəyişən az şey var. Bu ölkə enerji resurslarının ixrac edilməsindən əldə etdiyi gəlirlər hesabına dəzgah və istehlak malları əldə edir. Rusiyada əhali yaşlaşır və sənaye sahəsinin diversifikasiya edilməsi istiqamətindəki uğurlar isə sezilməyəcək dərəcədə aşağı səviyyədədir. Qərb doğrudan da Putinə zərbə vurmaq istəyirsə, İrana qarşı istifadə etdiyi vasitələr kimi Rusiya əleyhinə də embarqo tətbiq edə bilər. Neft eksportunun azalması Rusiya üçün alman avtomobillərinin, fransız şərablarının və dəbli italyan geyimlərinin alınmsına imkan verməyəcək. Ancaq hər şey belə sadə də deyil. Avropa rus enerji resurslarından asılıdır və məsələyə klassik mənada yanaşsaq, bu cür embarqo oturduğun budağın özün tərəfindən kəsilməsi kimi əks effekt də verər. Digər yandan isə Rusiya öz neft və qazını enerji üçün böyük ehtiyac hiss edən Çinə satmaq imkanı yaradarsa bunun da əhəmiyyəti azalacaq. Ona görə də Qərb özünə ziyan dəymədən Putinə zərbə endirilməsi üsullarını tapmalıdır. Bu birdən-birə baş verə bilməz.

Siyasi araşdırmalar mərkəzindən Nil Barnet deyir ki, belə bir üsul mövcuddur. Gərək Səudiyyə Ərəbistanı Qərbin əvəzinə bütün “çirkli işlər”in həyata keçirlməsinə inandırılsın. Artıq belə bir president olub. 1979-cu ildə Sovetlərin Əfqanıstana hərbi müdaxiləsindən qəzəblənmiş səudiyyəlilər neft vintillərinin ağzını açdı və bu da öz növbəsində 1980-ci illərin ortalarında neftin dünyadakı qiymətlərini xeyli aşağı saldı. Həmin dövrdə neftin bir bareli bu günün hesabı ilə 20 dollara qədər yenmişdi. İndi isə qiymətin cüzi sayılacaq qədər, yəni 107 dollardan 90 dollaradək azaldılması Rusiyaya böyük maliyyə və iqtisadi ziyan vurmağa tam yetərli olacaq. Səudiyyə Ərəbistanı qiymətin bu cür aşağı salınmasını təmin edə biləcək yeganə neft çıxaran ölkədir. Onların pul kisəsi ruslarınkından daha qalın olduğu səbəbindən bunu özlərinə rəva görə bilərlər. Barnet hesab edir ki, Suriyadakı Əsəd rejimini müdafiə etdiyinə görə, Putini cəzalandırmaq naminə səudiyyəlilər belə addım atmağa razılıq verərlər. Vaşinqton Ər-Riyyada bunu təklif edibmi? Əgər etməyibsə, bu çox təəccüblü olardı”.

V.Nəsibov

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol