Menu

Qazaxıstanda hərbi hissəyə hücum edilib: 6 ölü

05.06.2016, 20:47
Qazaxıstanda hərbi hissəyə hücum edilib: 6 ölü

Qazaxıstanın Aktobe şəhərində silah mağazasına və hərbi hissəyə hücum edilib. ANS PRESS-in məlumtına görə, hadisə nəticəsində 3-ü hücüm edən şəxs olmaqla 6 nəfər həlak olub, 10 nəfər yaralanıb. Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bu gün əvvəlcə Aktobe polis bölməsinə "Pallada" silah mağzasına hücum edildiyi barədə xəbər daxil olub. Mağazada baş verən qanlı hadisə zamanı mağazanın satıcısı həlak olub, 1- isə yaralanıb. Hadisənin üstündən bir saat keçmiş isə hərbi hissələrdən birinə hücum edilib.

"Hərbi hissəyə hücumun qarşısını alarkən bir zabit və müqaviləli hərbçi həlak olub, 9 hərbçi isə yaralanıb",- deyə mətbuata Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Almas Sadubayev məlumat verib.

Qazaxıstan Aktobe şəhərində hərbi hissəyə silahlı hücum

Onun sözlərinə görə, hücum edənlər radikal cərəyanların iştirakçılarıdır. Hücum edənlərdən biri saxlanılıb. Digər 3 nəfər öldürülüb biri isə yaralıdır.

Şəhərdə xüsusi rejim tətbiq edilib. Mağazalar bağlanıb, iş, əyləncə müəssisələri və ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

"Bir neçə cinayətkar həbs edilsə də, onlardan bir neçəsi qaçmağa müəssər olub. Onların tutulması üçün xüsus tədbirlər planı həyat keçirilir",- deyə Sadubayev bir daha vurğulayıb.

Polis insanlardan küçəyə çıxmamağı xahiş edib. Aktobedə internetdə problemlər yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol