Menu

Türkiyə millisi Sloveniya qarşısında

05.06.2016, 21:41

turkiye milliFatih Terimin tələbələri son hazırlıq oyununa çıxır

"AzPolitika" xəbər verir ki, Ay-ulduzlular, AVRO-2016 öncəsi son hazırlıq qarşılaşmasında bu gün Sloveniya millisi ilə qarşılaşacaq. "Stozice" stadionunda baş tutacaq qarşılaşmanı İtaliya Futbol Federasiyasından  Marko Guida idarə edəcək. Qardaş Türkiyə millisinin meydana çıxacağı 11 də bəlli olub.

TÜRKİYƏ: Volkan Babacan - Gökhan Gönül - Mehmet Topal - Hakan Balta - Caner Erkin - Ozan Tufan - Selçuk İnan - Hakan Çalhanoğlu - Oğuzhan Özyakup - Arda Turan - Burak Yılmaz

Xatırladaq ki, Sloveniya - TÜRKİYƏ qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 22:15-də başlayacaq və ATV kanalından canlı yayımlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol