Menu

Azərbaycandakı neft əraziləri "RussNeft"in balansına keçirilir

06.06.2016, 10:09
Azərbaycandakı neft əraziləri "RussNeft"in balansına keçirilir

Rusiyalı milyarder Mixail Qutseriyev və onun ailəsinə məxsus olan "RussNeft" şirkəti Moskva birjasında IPO keçirmək niyyətindədir.

"APA-Economics" xəbər verir ki, bu barədə "RussNeft"in səhmdarı və "BinBank"ın Direktorlar Şurasının sədri Mikail Şişxanov (Mixail Qutseriyevin bacısı oğlu) deyib.

Onun sözlərinə görə, "RussNeft" birjada 25-49% səhmini yerləşdirməyi planlaşdırır. "Əqd artıq 2016-cı ilin IV rübündə baş tuta bilər", - deyə o bildirib.

Hazırda "RussNeft"in səhmlərinin 54%-i M. Qutseriyev və onun ailə üzvlərinə, qalan 46% isə İsveçrənin "Glencore" şirkətinə məxsusdur. "IPO-dan sonra səhmdarların pay bölgüsü barədə danışmaq hələ tezdir. Bu, əqdin parametrlərindən asılı olacaq. Bir şey dəqiqdir ki, Qutseriyev və onun ailəsi majoritar səhmdar kimi qalacaqlar", - deyə M. Şişxanov qeyd edib.

M. Şişxanov qiymət səsləndirməsə də, bildirib ki, MDB-dən olan investor 1 mlrd. dollar yatırım etməyə hazırdır. İnvestorun adı da açıqlanmır.

O, əlavə edib ki, İPO-dan öncə M. Qutseriyevin "Global Energy" şirkətinə məxsus Azərbaycandakı neft əraziləri "RussNeft"in balansına keçiriləcək. M. Qutseriyev "Global Energy" şirkətini 2007-ci ildə yaradıb. Bundan başqa, M. Şişxanov qeyd edib ki, "Global Energy" şirkətinin Qazaxıstandakı aktivləri də "RussNeft"ə köçürülə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol