Menu

"Fənərbağça" "Barselona"nın müdafiəçisini istəyir

06.06.2016, 15:47
"Fənərbağça" "Barselona"nın müdafiəçisini istəyir

"Fənərbaxça" komandadan ayrılacağı gözlənilən Gökhan Gönülə əvəzləyici tapıb.

Qol.az-ın "NTV Spor"a istinadən verdiyi məlumata görə, İstabul təmsilçisi "Barselona"nın müdafiəçisi Martin Montoyanı transfer etmək istəyir.

Müqavilə ilə "Barsa"ya məxsus olan Montoya mövsümün əvvəlində İtaliya "İnter"inə keçib. Lakin orada start heyətinə düşməkdə çətinlik çəkən 25 yaşlı futbolçu mövsümün ikinci hissəsini "Betis"də keçirib.

Montoya "Betis"in heyətində meydana çıxdığı 13 görüşdə yaxşı oyun sərgiləyərək komandasının La Liqada qalmasına kömək edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol