Menu

Ağdaş sakini həmyerlisini bıçaqlayıb

06.06.2016, 15:49

BicaqAğdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Əmrmahmud kəndində qeydə alınıb. Rayonun Qarağan Saatlı kənd sakini Həşimov Aqil Yaşar oğlu şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı Əmrmahmud kənd sakini 1993-cü il təvəllüdlü Məmmədov Hilal Fərhad oğlunu bıçaqlayıb.

Döş qəfəsindən ağır xəsarətlər alaraq çoxlu qan itirən Hilal Məmmədov şok vəziyyətində Ağdaş Mərkəzi rayon Xəstəxanasının reanimasiya şobəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən Aqil Həşimov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol