Menu

NATO qoşunları Finlandiya sahillərinə çıxarılacaq - İlk dəfə

06.06.2016, 16:29

nato_soldiers_091113AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, bazar ertəsi başlanacaq «Baltops 2016» hərbi təlimlərin dəniz mərhələsinin gedişi zamanı ilk dəfə olaraq, NATO qoşunları alyansa daxil olmayan ölkənin - Finlandiyanın ərazisinə çıxarılacaq.

İki gün ərzində qoşunlar desant çıxarma əməliyyatlarını məşq edəcək, həm də Xanko yarımadası ərazisində yerləşən Syündalen poliqonunda döyüş əməliyyatları həyata keçirəcəklər. Xəbəri «Yle» teleradioverilişləri portalı yayıb.

Təlimlərin gedişində ABŞ-a məxsus piyadaların döyüş maşınları, dəniz piyadalarının 200 əsgəri, 50 alman əsgəri və İtaliyanın bir kəşfiyyat bölüyü desant çıxarılacaq.

Əməliyyatlarda ABŞ-ın «USS Carter Hall» desant gəmisi və Böyük Britaniyanın nəhəng «HMS Queen» gəmisi iştirak edəcək.

Finlandiya ərazisində desantçıxartma məşqləri o səbəbdən həyata keiriləcək ki, Finlandiyanın düzənlik sahillərində hərbi əməliyyat şəraiti Baltik dənizi ölkələrindəki şəraitdən fərqlənir.

«Baltops» hər il Baltik ölkələrində keçirilən böyük hərbi təlimlərdir və bu il 44-cü dəfə - iyunun 3-dən 19-dək keçiriləcək. Finlandiya artıq bu təlimlərdə 12-ci dəfə iştirak etsə də, onun ərazisində bu tədbir ilk dəfə keçirilir.

Finlandiyadakı təlimlər başa çatdıqdan sonra, tədbir 4 gün ərzində Stokholm arxipelaqındakı Ute adasına və NATO üzvü olmayan İsveçin ərazisinə keçiriləcək. Bu təlimlərdə 18 NATO üzvü və həmkarı olan dövlətin hərbi-dəniz qüvvələri - 4500 insan, 50 gəmi və 60 təyyarə iştirak edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol