Menu

Ramiz Fətəliyev "Xalq artisti" adını aldı

06.06.2016, 18:20

ilham_aliyev_imza_251114Prezident İlham Əliyev Ramiz Fətəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Ramiz Məmmədəli oğlu Fətəliyev “Şöhrət” ordeni ilə təltif edilib.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramiz Məmmədəli oğlu Fətəliyevə “Xalq artisti” fəxri adı verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol