Menu

Bu il Göygölə gedən turistlərin sayı açıqlanıb

06.06.2016, 18:13
Bu il Göygölə gedən turistlərin sayı açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2016-cı il başlayandan bu günədək “Göygöl” qoruğunu ziyarət edən turistlərin sayını açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, bu il başlayandan iyunun 5-nədək qoruğu ziyarət edənlərin sayı 1570 nəfər olub:

“Ötən il ərzində 70 min turist “Göygöl”də olub. Bu il isə daha çox turistin ziyarəti gözlənilir”.

İ.İbarhimovanın sözlərinə görə, bu il ərzində ziyarətdə olan turistlərdən 120 nəfəri xaricilər olub.

2008-ci ildən “Göygöl”ə Milli Park statusu verilib. Göygöl Milli Parkının yenidən kütləvi istirahət və gəzintilərə açılması ilə bağlı burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təbiətin mühafizəsi və ekosistemin qorunması istiqamətində daimi nəzarət və tədbirlər həyata keçirilib. 2015-ci ildən etibarən qoruq ziyarətçilər üçün açıq elan olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol