Menu

​Çexiya prezidenti Ermənistanda Qarabağ münaqişəsini müzakirə edəcək

07.06.2016, 09:20
​Çexiya prezidenti Ermənistanda Qarabağ münaqişəsini müzakirə edəcək

Çexiya prezidenti Miloş Zeman çərşənbə axşamı erməni həmkarı Serj Sarqsyanın dəvəti ilə İrəvana iki günlük dövlət səfərinə gedəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Zeman səfər çərçivəsində prezident Sarqsyan, parlamentin spikeri Qalust Saakyan, baş nazir Ovik Abramyanla görüşəcək.

Çexiyanın Ermənistandakı səfiri Petr Mikiskanın bundan əvvəl verdiyi məlumata görə, Miloş Zeman Ermənistanda bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinə də toxunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol