Menu

Putinin boşanması rəsmən təsdiqləndi- Keçmiş arvadı ona meydan oxudu

02.04.2014, 11:45
Putinin boşanması rəsmən təsdiqləndi- Keçmiş arvadı ona meydan oxudu

Rusiya prezidenti Vladimir Putinin rəsmi saytında «Rusiya prezidentinin tərcümeyi-halı» bölməsindən keçmiş həyat yoldaşı Lyudmila Putinanın adı çıxarılıb.

Lent.az-a istinadən məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələyə belə aydınlıq gətirib: “Bu, boşanmanın baş tutması deməkdir”.

Mənbə bildirib ki, hazırda Kreml saytında Vladimir Putinin ömür-yolu bölməsində yalnız qızları Mariya və Katerinanın adları çəkilib.

Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Putina üzərində Ukraynanın dövlət bayrağının rəngləri olan parçadan geyindiyi kostyumla diqqət mərkəzinə gəlib və onun şəkli dünən internetdə demək olar, rekord həddə izlənib.

Müşahidəçilərin fikrincə, bu, keçmiş birinci ledinin 30 il bir yerdə yaşadığı ərinə açıq etirazının göstəricisidir.

Qeyd edək ki, Rusiya dövlətinin bütün yüksək çinli məmurları, eləcə də RF-in prezidenti 1 aprelə qədər gəlirləri və ailə üzvlərinin sayı barədə deklarasiya təqim edirlər. Dərc olunması vacib olan bu sənədlərdə dövlət məmurlarının şəxsi əmlakları və gəlirləri yenidən hesablanır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin və həyat yoldaşı Lüdmila Putina ötən ilin iyun ayının əvvəllərində boşandıqlarını rəsmən təsdiqləyiblər. Onlar barələrində yayılan şayiələrdən sonra birlikdə Kreml sarayında “Esmeralda” baletinə tamaşı bitdikdən sonra “Rossiya 24” telekanalına müsahibə veriblər. Boşanma ilə bağlı suala Lüdmila belə cavab verib: “Bəli, demək olar ki, bu, sivil boşanmadır”.

Vladimir Putin isə deyib ki, boşanma qərarını Lüdmila Putina ilə birgə qəbul ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol