Menu

"Bu il AMEA-da 60-dan çox magistr yeri ayrılacaq" - Akif Əlizadə

07.06.2016, 11:37

akif elizade ameaHazırda AMEA-da magistratura üzrə xeyli canlanma var

"Hazırda AMEA-da magistratura üzrə xeyli canlanma var. Bunu nəzərə alaraq bu il üçün magistratura səviyyəsi üçün 60-dan çox magistr yeri ayrılacaq".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadə deyib.

A.Əlizadə Prezident İlham Əliyevin magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı təbbüsünə də münasibət bildirib: "Biz bu təbbüsü alqışlayırıq. Bu addım təhsilə, kadr hazırlığına böyük zəmin yaradacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol