Menu

Dolların sabah da bahalaşacağı gözlənilir

07.06.2016, 13:32

1424723044_otkrilsya-dollar-na-urovneBu gün Mərkəzi Bankın təşkil etdiyi hərracda dolların orta satış qiyməti 1.5062 manat olub.

Bu barədə “Marja”ya bank sektorundan bildirilib.

Mərkəzi Bank 08 İyun 2016-cı il tarixi üçün rəsmi USD/AZN məzənnəsini 17:00 radələrində açıqlayacaqdır. Adətən Mərkəzi Bankın açıqladığı məzənnə hərracdakı orta qiymət ətrafında olur.

Əgər sabaha olan rəsmi USD/AZN məzənnəsi 1.5062 səviyyəsində elan olunarsa, bu, Dolların Manat qarşısında bahlaşması demək olacaqdır (Bu gün USD/AZN 1.5024).

DOLLARIN HAMISI ALINIB

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 23 banka satılıb.

Qeyd edək ki, bu ilin 11 Mart tarixində rəsmi USD/AZN məzənnəsi 1.6456 səviyyəsinədək qalxmış, 25 May tarixində isə 1.4900 səviyyəsinədək düşmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol