Menu

Azərbaycanda Aİ-98 markalı benzin ucuzlaşıb

02.04.2014, 12:03
Azərbaycanda Aİ-98 markalı benzin ucuzlaşıb

Azərbaycanın bəzi yanacaqdoldurma məntəqələrində Aİ-98 markalı benzinin qiyməti düşüb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, sözügedən markanın qiyməti 1,5 manatdan 1,03 manata qədər azalıb. Digər benzin markalarının qiymətlərində dəyişiklik yoxdur.

Qeyd edək ki, Azərbaycanda Aİ-98 markalı benzinin satışını yalnız ARDNŞ və “Azpetrol” şirkəti həyata keçirir.

ARDNŞ-dən qiymət dəyişikliyini təsdiq etsələr də, “Azpetrol”dan bu xəbərin həqiqətəuyğun olmadığını bildiriblər.

Qeyd edək ki, Aİ-98 markalı benzin Azərbaycanda istehsal olunmadığından, xaricdən idxal edilir. Belə olduğu halda, bu benzin markası üzrə qiyməti Tarif Şurası müəyyən etmir.

Xatırladaq ki, hazırda ölkə ərazisində Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol