Menu

Almaniyada dünyanın ilk insan başı transplantasiyası

08.06.2016, 09:18
Almaniyada dünyanın ilk insan başı transplantasiyası

Dünyanın ilk insan başı köçürülməsi əməliyyatını həyata keçirməyə hazırlaşan italiyalı neyrocərrah Sercio Kanavero əməliyyatın Almaniyada baş tutacağını bəyan edib.

APA-nın “Daily Star”-a istinadən verdiyi xəbərə görə, həkim əməliyyatın keçiriləcəyi dəqiq tarixi açıqlamasa da, unikal transplantasiyanın Milad bayramınadək keçiriləcəyini bildirib (katolik Miladı - 2017-ci ilin dekabr ayı – red.).

Xatırladaq ki, rusiyalı proqramçı Valeri Spiridonov “Səma” adlandırılan layihədə iştirak etməyə razılığını verib. Verdinq-Xofman xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum Spiridonov müstəqil hərəkət etmək imkanından tamamilə məhrum olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol