Menu

Kreditləri ödəyə bilmədiyi üçün intihar edənlərin sayı artıb - RƏSMİ

08.06.2016, 12:07
Kreditləri ödəyə bilmədiyi üçün intihar edənlərin sayı artıb - RƏSMİ

"Fevral ayından bank kreditini ödəyə bilmədiyi üçün intihar hallarının sayında artım qeydə alınıb". Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, fevral ayında bununla baǧlı 6 nəfər mərkəzə gətirilib: "Onlardan 2-nin həyatını xilas etmək mümkün olmayıb. Mart ayında bununla əlaqədar 8, aprel-may ayları ərzində 4 müraciət daxil olub".

Hazırda bank krediti problemi olanların intiharı ilə baǧlı müraciətlərin azaldıǧını deyən Baş toksikoloq deyib ki, intihara cəhd edənlər əsasən sirkə turşusu içiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol