Menu

İŞİD Misir piramidalarını partlatmaqla təhdid edir - VİDEO

08.06.2016, 13:10
İŞİD Misir piramidalarını partlatmaqla təhdid edir - VİDEO

"İslam Dövləti" (İŞİD) qruplaşmasının silahlıları Misir piramidalarını partlatmaqla təhdid edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qruplaşma tərəfindən yayılan videorolikdə deyilir.

Həmin videorolikdə memarlıq abidəsini məhv edəcəklərinə söz verən yaraqlılar əks olunub. İraqın Nimrud şəhərində Nabu məbədinin dağıdılması təhlükəsindən sonra həmin binanın partladılması kadrları nümayiş olunur. Sonda Misir piramidalarının və Sfinksin şəkli göstərilir. Qara geyimli yaraqlı bildirir ki, "kafirlər" tərəfindən tikilən qədim abidələrin dağıdılması İŞİD-in borcudur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol