Menu

Nazarbayev əmr etdi: Terrorçulara aman verməyin

08.06.2016, 13:22
Nazarbayev əmr etdi: Terrorçulara aman verməyin

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Aktobedə silahlı qarşıdurma ilə əlaqədar axtarışda olanların məhv edilməsinə dair göstəriş verdi.

Oxu.az xəbər verir ki, bu barədə prezidentin saytında məlumat yayılıb.

“Bilirik ki, onlar regiondadırlar, onların kimliyi məlumdur, əhali xəbərdarlıq edilib. Onların hamısını tutmaq, silahlı müqavimət zamanı isə məhv etmək lazımdır. Hamı ciddi şəkildə cəzalandırılmalıdır”, - Nazarbayev bəyan edib.

Qazaxıstanın Baş prokurorluğunda Aktobedə ekstremistlərin hücumundan sonra 20 cinayət işi qaldırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol