Menu

“Polis idarəsinə hücumu PKK törədib” - Türkiyənin baş naziri

08.06.2016, 14:42
“Polis idarəsinə hücumu PKK törədib” - Türkiyənin baş naziri

Binəli Yıldırım: Terror aktı nəticəsində 3 nəfər həyatını itirib, 30-dan çox insan yaralanıb

“Hücumu PKK terror təşkilatı həyata keçirib”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım Türkiyənin Mardin vilayətindəki baş vermiş terror aktına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Midyat Rayon Polis İdarəsinə yönəlik xaincəsinə həyata keçirilmiş hücum nəticəsində bir polis əməkdaşı şəhid olub: “Həmçinin, terror aktı nəticəsində 2 mülki vətəndaşımız həyatını itirib, 30-dan çox insan yaralanıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol