Menu

Nazarbayevdən gözlənilməz AÇIQLAMA - "Bizdə də bu əlamətlər peyda olub"

08.06.2016, 15:38
Nazarbayevdən gözlənilməz AÇIQLAMA - "Bizdə də bu əlamətlər peyda olub"

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hesab edir ki, ölkədə "rəngli inqilab"ın əlamətləri görünür.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının müraciətində deyilir.

O bildirib: "Biz hamımız bilirik ki, "rəngli inqilab"ların müxtəlif metodları var və uydurma mitinqlərdən, qətllərdən, hakimiyyəti ələ keçirmək cəhdlərindən başlayır. Bizdə də bu əlamətlər peyda olub".

N.Nazarbayev qeyd edib ki, hakimiyyət ekstremistləri və terrorçuları yatırtmaq üçün ən sərt tədbirlər görəcək.

O əlavə edib ki, Aktobe şəhərində silsilə hücumlar törədən cinayətkarlar xaricdən göstəriş alıblar.

Qeyd edək ki, Qazaxıstanda baş verən hadisələrin arxasında Rusiyanın dayandığı daha çox ehtimal edilirdi.

Təhlükəsizlik orqanları son hadisələrə görə Rusiya ilə sıx bağlı və keçən ilin sonundan həbsdə olan Şimkənd pivə zavodunun sahibi Teluşevdən şübhələnirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol