Menu

Ermənistanda üç nazir müavini işdən çıxarıldı

09.06.2016, 12:02
Ermənistanda üç nazir müavini işdən çıxarıldı

Ermənistan baş naziri Ovik Abramyanın qərarı ilə üç nazir müavini tutduqları vəzifələrindən azad edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən Qrişa Baqramyan kənd təsərrüfatı nazirinin birinci müavini vəzifəsindən, Samvel Qalstyan və Qarnik Petrosyan isə - kənd təsərrüfatı naziri müavinləri vəzifələrindən azad olunublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol