Menu

PKK Mardindəki terror aktına görə məsuliyyəti üzərinə götürüb

09.06.2016, 17:11
PKK Mardindəki terror aktına görə məsuliyyəti üzərinə götürüb

PKK terror təşkilatı Türkiyənin Mardin vilayətində törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə PKK-ya yaxın internet saytlarında məlumat yerləşdirilib.

Məlumatda həmçinin partlayışın "Dirok Amed" kod adlı terrorçu-kamikadze tərəfindən törədildiyi qeyd olunub.

Xatırladaq ki, iyunun 8-də Midyat Rayon Polis İdarəsinə yönəlik bomba yüklü avtomobillə təşkil olunmuş terror aktı nəticəsində 3-ü polis əməkdaşı olmaqla, 6 nəfər həlak olub, 51 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol