Menu

Bankların mərkəzi filialları 12 gün fasiləsiz işləyəcək - TƏLƏB

09.06.2016, 19:02

1376397813-banca bankMaliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ölkənin kommersiya banklarına müraciət edib.

Bu barədə "Report"a bank dairələrindən bildirilib.

Məlumata görə, müraciətdə banklardan paytaxtın mərkəzində yerləşən filialların iyunun 10-dan 21-dək (istirahət günləri də daxil olmaqla) işləməsinin təmin edilməsi tələb olunur. Həmin günlərdə işləyəcək filialların siyahısını isə banklar müstəqil şəkildə müəyyən etməlidir. Bu filialların iş vaxtı saat 09:00-dan 21:00-dək müəyyən edilib.

Qeyd edək ki, bu qərar iyunun 17-19-da Bakıda "Formula-1" Avropa Qran-Prisinin keçirilməsi ilə əlaqədar Azərbaycana xeyli sayda xarici qonaqların gəlməsi və bank xidmətlərinə, o cümlədən, valyuta mübadiləsi əməliyyatlarına tələbatın gözlənilən artımı ilə bağlıdır.

Məsələ ilə bağlı MBNP-nın sədrinin müşaviri Rüfət Abbasov "Report"a bildirib ki, təmsil etdiyi qurum bununla bağlı sabah açıqlama yayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol