Menu

​Sudanda Həcc ziyarətinə gedən zəvvarlar qəzaya uğrayıb - 32 nəfər ölüb

10.06.2016, 08:57
​Sudanda Həcc ziyarətinə gedən zəvvarlar qəzaya uğrayıb - 32 nəfər ölüb

Sudanın şərqində zəvvarları daşıyan avtobusun avtosisternlə toqquşması nəticəsində 32 nəfər ölüb, 12 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuata istinadən "Sinxua" məlumat yayıb.

İnsident Xartum və Port-Sudan şəhərləri arasındakı yolda baş verib. Şahidlərin sözlərinə görə, qəza görüntünün pis olması səbəbindən baş verib.

Avtobusun sərnişinləri Kiçik Həcc ziyarəti (Ümrə) üçün Səudiyyə Ərəbistanı istiqamətində gedirlərmiş.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol