AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, Çeçenistanın paytaxtı Qroznı şəhərində «Məhəmməd Əli» prospekti meydana gəlib («Exo Moskvı»).
Xəbər verilir ki, şəhərin küçələrindən birinə, bir neçə gün bundan əvvəl həyatdan köçmüş böyük boksçunun şərəfinə, «Məhəmməd Əli» adı verilib.
Bu barədə məlumatı Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov özünün «İnstaqram» səhifəsində yerləşdirib. O, əlavə edib ki, Əli gerçək müsəlmanın və böyük idmançının nümunəsi olub.
Əfsanəvi boksçu iyunun 3-də, 75 yaşında gözlərini əbədi yumub.
Allah rəhmət eləsin!


Şərhlər