Hadisələr Konya və Ankara şəhərlərində baş verib
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ereğli rayonunda yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 10 nəfər ölüb.
Ereğli-Konya yolunun 17-ci kilometrliyində baş verən qəzada isə daha 4 nəfər xəsarət alıb.
Bundan əlavə, Ankara şəhərinin Ayaş rayonunda yük avtomobili ilə məktəbliləri daşıyan avtobus toqquşub. Nəticədə 3 şagird ölüb, 7 nəfər yaralanıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.

Şərhlər