Azərbaycanda çalışmaq istəyən əcnəbilərin sayı ildən-ilə artır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən daha 634 əcnəbiyə fərdi şəxsi hesab açılıb.
Bunu virtualaz.org saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib.
E.Babayev deyib ki, sistemdə qeydiyyatda olan xarici vətəndaşların sayı 30628 nəfərə çatıb. Onlardan 26972-i kişi, 3656 nəfəri isə qadınlardır.
Azərbaycanda işləmək istəyən əcnəbilər 120 ölkədən gəliblər. Azərbaycanı seçənlərin əksəriyyəti türklərdir. Sonrakı yerləri Gürcüstan, Rusiya, Hindistan, İran, Çin, Banqladeş tutur. Bundan əlavə, gələnlərin arasında Birləşmiş Böyük Britaniya, Şimali İrlandiya, Pakistan, Ukrayna, Filippin, ABŞ vətəndaşları da var.


Şərhlər