Menu

Məhəmməd Əlinin dəfnində bilet qalmaqalı - FOTO

10.06.2016, 16:34
Məhəmməd Əlinin dəfnində bilet qalmaqalı - FOTO

Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasimi ilə bağlı bilet qalmaqalı hər kəsi təəccübləndirib.

Trend-in "The Independent" onlayn-qəzetinə istinadən məlumatına görə, ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində keçirilən mərasim üçün 14 min pulsuz bilet çap edilib.

Ötən gün "KFC Yum Center"də baş tutan tədbir üçün isə əlavə 15 min bilet hazırlanıb. M.Əli pərəstişkarları bilet almaq üçün gecədən növbəyə durublar. Yarım saat ərzində bitən biletlər az sonra "qara bazar"da satışa çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol