Menu

Ağdaş seçki dairəsinin 10 məntəqəsində veb-kameralar quraşdırılıb - SİYAHI

10.06.2016, 19:37

agdas aqdas seki 90 daireMilli Məclisə təkrar seçkilərlə əlaqədar 90 saylı Ağdaş seçki dairəsinin 10 məntəqəsində veb-kameralar quraşdırılıb.

“Report” xəbər verir ki, kameralar Mərkəzi Seçki Komissiyasının qərarına əsasən qurulub.

Veb-kameralar seçki dairəsinin 2, 4, 5, 9, 10, 11, 13, 17, 20 və 21 saylı məntəqələrində quraşdırılıb və seçiciləri müşahidə etməyə imkan verəcək.

Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər iyunun 18-ə təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol