Menu

Mərkəzi Bank ​Formula 1 yarışlarına görə iş qrafikini dəyişib

10.06.2016, 20:18

merkezi_banAzərbaycan Mərkəzi Bankının (AMB) iş qrafiki uzadılıb və qeyri-iş günləri də daxil olmaqla banklara intensiv nağd pul xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

Bu barədə AMB-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, iş qrafikinin uzadılması Bakı şəhərində Formula 1 üzrə Avropa Qran-pri yarışlarının keçirilməsi ilə əlaqədar ölkəyə gələcək çoxsaylı xarici qonaqların və turistlərin milli və xarici valyutaya ehtiyaclarının kommersiya bankları tərəfindən effektiv ödənilməsi üçündür.

Eyni zamanda, xarici qonaq və turistlərin milli pul nişanlarının dizaynı və mühafizə elementlərinə dair məlumatlarla maarifləndirilməsi məqsədilə xüsusi broşürlər Bakı şəhərinin otellərində yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol