Menu

“Əl-Qaidə” lideri “Taliban” rəhbərinə sədaqət andı içdi

11.06.2016, 12:48
“Əl-Qaidə” lideri “Taliban” rəhbərinə sədaqət andı içdi

“Əl-Qaidə” terror qruplaşmasının lideri Ayman əz-Zavahiri “Taliban” terror təşkilatının yeni rəhbəri Haybatulla Axundzadəyə sədaqət andı içib.

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə o, 14 dəqiqəlik audio müraciətində bildirib.

Xatırladaq ki, mayın 25-də “Taliban” hərəkatı ABŞ-ın aviazərbəsi nəticəsində lideri Axtar Mansurun öldüyünü təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol