Menu

Uels Slovakiya yığmasını məğlub etdi - AVRO 2016 - VİDEO

11.06.2016, 22:05
Uels Slovakiya yığmasını məğlub etdi - AVRO 2016 - VİDEO

Oyunda qapılara 3 qol vurulub

Fransada təşkil olunan futbol üzrə Avropa çempionatı davam edir.

"Report" xəbər verir ki, bu gün "B" qrupunda Uels və Slovakiya yığmaları üz-üzə gəlib.

Oyunda hesabı görüşün 10-cu dəqiqəsində "Real" klubunun ulduz futbolçusu Qaret Beyl cərimə zərbəsindən açıb və Uels yığmasını önə keçirib. Matçın 61-ci dəqiqəsində Slovakiya Ondrej Dudanın qolu ilə hesabda tarazlıq yaradıb. Oyunun 81-ci dəqiqəsində oyuna sonradan çıxan Hal Robson-Kanu yenidən Uelsi hesabda irəli çıxardıb və matçda yekun nəticəni müəyyən edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol