Menu

Bundestaqın 11 deputatına Türkiyəyə getməmək «tövsiyyə» olunub

11.06.2016, 22:22
Bundestaqın 11 deputatına Türkiyəyə getməmək «tövsiyyə» olunub

Almaniya KİV-nin yaydığı məlumata görə, ölkənin xarici işlər nazirliyi (XİN) parlamentin «türk mənşəli» 11 deputatına Türkiyəyə getməməyi tövsiyyə edib. Bu barədə məlumatı hökumətdəki özəl mənbəyinə istinadla «Der Spiegel» həftəlik nəşri yayıb.

Məlum olduğu kimi, iyunun 2-də Almaniya bundestaqı xeyli «məzəli» bir qətnamə qəbul edib. Qətnamədə guya, 100 il bundan əvvəl Osmanlı dövlətində ermənilərin genosidə məruz qoyulduğu iddia olunur. Bunun cavabında, Türkiyə gecikmədən bu ölkədəki səfirini geri çağırıb və Bundestaqın məlum qərarının yanlış olduğunu bəyan edib. Ardınca, Ankara Almaniyaya qarşı «fəaliyyət planı» qəbul edəcəyini bildirib.

Almaniya KİV-nin yaydığı məlumatda qeyd olunur ki, guya, Bundestaqın sözügedən qərarı ilə bağlı Türkiyə prezidentinin bəyanatı alman cəmiyyətində tənqidi reaksiya (?! - red.) doğurub. Bu zaman, diqqətin «Türkiyə mənşəli» 11 deputata yönəldilməsi xüsusilə önə çəkilir. Belə ki, Türkiyə prezidentinin, qətnamənin lehinə səs verdikləri üçün «onların qanından analiz nümunəsi»nin götürülməsi və milli mənsubiyyətlərinin müəyyən edilməsi barədəki təklifi həmin deputatların ünvanına hücum kimi qiymətləndirlib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol