Fransada təşkil olunan futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir.
Qol.az-ın məlumatına görə, bu gün D qrupunda bir oyun keçiriləcək.
Azərbaycan futbol azarkeşlərinin diqqəti Parisə yönələcək. Burada Türkiyə millisi Xorvatiya ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, qrupun digər oyunu İspaniya - Çexiya matçı sabah keçiriləcək.
Xatırladaq ki, Türkiyə və Xorvatiya yığmaları 2008-ci ildə keçirilən Avropa çempionatının 1/4 finalında üz-üzə gəlib. Həmin matçın 119-cu dəqiqəsində xorvatlar hesabı açsa da, bir dəqiqə sonra Türkiyə millisi Semih Şəntürklə bərabərlik qolunu vurub. Penaltilərdə daha dəqiq oynayan Fatih Terimin komandası yarımfinala yüksəlib.

"Azpolitika" xəbər verir ki, günün digər oyunları C qrupunda baş tutacaq.
C qrupu
20:00. Polşa - Şimali İrlandiya
23:00. Almaniya - Ukrayna


Şərhlər