42 nəfər xəstəxanaya yerləşdirilib
Omar Martin-ABŞ-ın Florida ştatında gecə klubunu atəşə tutan şəxs
ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda baş vermiş terror aktını törədən şəxsin adı açıqlanıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, onun adının Ömər Martin olduğu bildirilir.
"CBS" telekanalının yaydığı xəbərə görə, o, Florida sakini imiş. Terrorçunun atası Seddik Matin "NBC" telekanalına müsahibəsində oğlunun törətdiyi cinayətə görə hər kəsdən üzr istəyib.
Yerli polisdən isə bildirilib ki, terrorçuda tapança və avtomat tapılıb. Terrorçu polisə 3 saat müqavimət göstərtdikdən sonra zərərsizləşdirilib.
ABŞ Konqresinin nümayəndələrindən biri onun İŞİD üzvü olduğunu bildirib
***
BŞ-ın Florida ştatının Orlando şəhərindəki "Pulse" gecə klubunda öldürülənlərin sayı 50 nəfərə çatıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Orlandonun meri Baddi Dayer keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hadisə zamanı xəsarət alanların sayı 53 nəfərə çatıb.
***
ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində 20-ə yaxın insan ölüb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Orlando şəhərinin polis rəisi Con Mina bildirib.
C. Mina 42 yaralının xəstəxanaya yerləşdirildiyini, 20 nəfərə yaxın insanın isə öldüyünü nəzərə çatdırıb.
Qeyd edək ki, gecə klubunda insanlara atəş açan şəxs polisin açdığı atəş nəticəsində öldürülüb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.


Şərhlər