Menu

Orlando şəhərində baş vermiş hadisə terror aktıdır - Barak Obama 

12.06.2016, 22:34

obama_290813Barak Obama Orlando şəhərindəki gecə klubunda baş vermiş qanlı hadisəni terror aktı adlandırıb

ABŞ prezidenti Barak Obama Florida ştatının Orlando şəhərindəki "Pulse" gecə klubunda baş vermiş qanlı hadisəni terror aktı adlandırıb. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu olayın terror olduğunu bildirib.

Qeyd edək ki, hadisənin əsl təfərrüatı hələlik məlum deyil. Orlando şəhərindəki atışma ABŞ-da çoxlu sayda insana atəş açılması ilə bağlı ən qanlı cinayət işidir.

Hadisə əfqan əsilli Ömər Martin tərəfindən törədilib. Nəticədə 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol