Menu

AVRO 2016-da bu gün - Təqvim

13.06.2016, 13:10
AVRO 2016-da bu gün - Təqvim

Son çempion ilk oyununa çıxır

"AzPolitika" xəbər verir ki, bu gün AVRO 2016-da D və E qruplarının oyunları baş tutacaq. Son çempion İspaniya millisi Çexiya millisi ilə qarşılaşacaq. Fransanın Tuluza şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Xatırladaq ki, qardaş Türkiyə millisi də D qrupunda mübarizə aparır. Türkiyə millisi ilk oyununda Xorvatiya yığmasına 0-1 hesabı ilə məğlub olub.

AVRO 2016 E qrupunda isə 2 qarşılaşma baş tutacaq. Qrupun ilk oyunu  "Stad de France"da oynanılacaq. İrlandiya millisi ilə İsveç millisi qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Günün ən maraqlı qarşılaşması isə  "Stade de Lion"da oynanılacaq. Belə ki, İtaliya millisi ilə Belçika millisi qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

 

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol